Bali boğazı
Bali boğazı (ind. Selat Bali) - Malay arxipelaqına daxil olan Yava adasını Bali adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Hind okeanı ilə birləşdirir.
== Coğrafiyası ==
Ən dar yeri 2,4 km, ən dərin yeri isə 60 metr təşkil edir. Boğaz təbii sərhəd olaraq Böyük Zond adalarını, Kiçik Zond adalarından (Flores, Timor, Sumba, Sumbava, Lombok) ayırır. Yava adası sahilində Banyuvanqi, Vonqsoredjo, Ketapanq, Bali adasında Qilimanuk, Melaya adlı yaşayış məntəqələri vardır. Hər iki ada arasında kiçik adalar və qayalıqlar vardır.
== Təbiəti ==
Boğazın suyu Bali dənizinin suyunun xüsusiyyətlərinə uyğundur. Suyun temperaturu 27 - 28 S təşkil edir. Bura tökülən çaylar suyun duzluğuna az təsir göstərir.